Xəbər lenti

Sumqayıtda qaz olmayacaq
Ekonomiks 21:22 09.09.2025

Sumqayıtda qaz olmayacaq

Sentyabrın 10-da Sumqayıt şəhərində qaz təchizatında məhdudiyyət olacaq.

Bu barədə "Azəriqaz İB" Sumqayıt QİS-dən məlumat verilib.
Belə ki, 18-ci mikrorayon və Yaşıl Dərənin bir hissəsində 89 millimetrlik orta təzyiqli qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar olaraq 1 200 abonentin qaz verilişi dayandırılacaq.

İşlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->