2050-ci ilə qədər batareya ilə işləyən elektromobillər Avropa bazarında yeni avtomobil satışlarının demək olar ki, hamısını təşkil edəcək.
Qaynarinfo xəbər verir ki, "Ernst & Young" şirkətinin "Reuters"lə paylaşdığı hesabata
əsasən, 2032-ci ilə qədər elektromobillərin payı Avropada yeni minik avtomobili satışlarının 50 faizini ötəcək və 2030-cu ildən sonra hibrid modelləri geridə qoyacaq.
Mütəxəssislərin fikrincə, Avropa brendləri büdcə elektromobillərini nisbətən ləng tətbiq etsələr də, siyasi hədəflər, tələbin bərpası və əlçatan modellərin ortaya çıxması elektromobillərin geniş yayılmasına təkan verəcək.
Bu həftə Avropa istehsalçıları Münhendə keçirilən "IAA Mobility" sərgisində yeni elektromobil modellərini təqdim edir. Tədbir Çin istehsalçıları ilə artan rəqabət fonunda baş tutur. Avropa avtomobil sənayesi eyni zamanda ABŞ tərəfindən artırılan gömrük rüsumları ilə də üzləşir.
Proqnozlara görə, qlobal avtomobil satışları (o cümlədən Avropa, Çin və ABŞ bazarlarında) bu il illik hesabla 2,2 faiz artacaq. 2030-cu ilə qədər isə artım tempi 2 faizdən aşağı enə bilər.
Aydın
Şərhlər