Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən "Teatro Pub" müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi üçün cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, "Teatro Pub"ın rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə protokol tərtib olunub.
Protokol tərtib olunmazdan əvvəl müvafiq akt tərtib olunub, pozuntunun aradan qaldırılması üçün icrası məcburi olan yazılı bildiriş göndərilib, lakin pozuntu aradan qaldırılmadığı üçün protokol tərtib edilib.
Məhkəmənin hökmü ilə "Teatro Pub” rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib və 1500 manat məbləğində inzibati cərimə olunub.
Aydın
Şərhlər