Xəbər lenti

Azərbaycanda yeni virus yayılıb? - Rəsmi açıqlama
Sağlamlıq 15:43 24.12.2025

Azərbaycanda yeni virus yayılıb? - Rəsmi açıqlama

Azərbaycanda yeni virusun yayılması xəbəri doğru deyil.

Qaynarinfo xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin sosial media hesabındakı canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, son zamanlarda insanlar arasında bu barədə yayılan xəbərlər şayiədir:

"Dekabr- yanvar ayı mövsümi xəstəliklərin ən çox yayılan dövrüdür. Bu səbəbdən hazırda xəstələnmə hallarında artım var".

--> -->