Xalq şairi Nəriman Həsənzadə özünü yaxşı hiss edir.
Bu barədə Qaynarinfo-ya şairin köməkçisi Arif Mehmandost məlumat verib.
Hazırda Mərkəzi Klinik Xəstəxanasında müalicə alan şairin Yeni İl bayramını harada keçirəcəyi məlum deyil:
"Nəriman müəllim hələlik xəstəxanadadır və müalicə alır. Xəstəxanadan nə vaxt buraxılacağı məlum deyil. Bu səbəbdən də şairin bayramı evində, yaxud xəstəxanada keçirəcəyinə həkimlər qərar verəcək".
Xatırladaq ki, 94 yaşlı Nəriman Həsənzadə böyrək çatışmazlığından əziyyət çəkir.
Bahar Rüstəmli
Şərhlər