Xəbər lenti

Sumqayıtı hər il dezinfeksiya edən şirkət kimindir?
Ekonomiks 17:43 07.11.2025

Sumqayıtı hər il dezinfeksiya edən şirkət kimindir?

Sumqayıt Şəhər İcra Hakimiyyəti "Uğur Dezinfeksiya” MMC ilə satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, şirkət Sumqayıtın parkların, küçə və prospektlərində dezinfeksiya işləri aparacaq. Buna görə "Uğur Dezinfeksiya” MMC-yə  389 973,48 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Uğur Dezinfeksiya” MMC 3 fevral 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 14, ev 112B, mənzil 65-də yerləşir. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti ötən il də dezinfeksiya xidmətinin satın alınması ilə bağlı "Uğur Dezinfeksiya” MMC ilə 330 400 manat dəyərində satınalma müqaviləsi imzalayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. O, 2015-ci ildən şəhərə rəhbərlik edir. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->