Boks üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan çempionatında sumqayıtlı boksçular xüsusi fərqlənib.
Qaynarinfo xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən boksçu Aynur İsmayilova qızıl, həmin çəki dərəcəsində çıxış edən Əflatun İsmiyev isə bürünc medala layiq görülüb.
Hər iki boksçu əməkdar məşqçi Rüfət Aslanovun yetirməsidir.
Bundan əlavə, sumqayıtlı Rüfət Aslanovun digər yetirməsi Nəsili Rusif Mais oğlu "Təhsil” Respublika İdman Mərkəzinin (RİM) Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) sertifikatına layiq görülüb.
Rusif Nəsirli bir müddət əvvəl əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Ağacan Abıyevin şərəfinə keçirilən turnirdə birinci yerə layiq görülmüşdü.
Hüseyn
Şərhlər