Xəbər lenti

Siyasətçilərin mütləq oxumalı olduğu kitab -
Siyasət 19:31 15.11.2024

Siyasətçilərin mütləq oxumalı olduğu kitab - "Siyasi kommunikasiya"

BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin "Diplomatiya və müasir inteqrasiya prosesləri" Kafedrasının müəllimi, beynəlxalq münasibətlər üzrə analitik, İstanbul Universitetinin siyasət elmi və beynəlxalq münasibətlər üzrə doktorantı Teymur Qasımlının kitabı işıq üzü görüb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, "Siyasi kommunikasiya" adlanan kitab Azərbaycanda bu sahə zrə yazılan ilk kitabdır.

Kitab haqqında məlumatda deyilir: 

"Siyasətin mərkəzində ünsiyyət, ünsiyyətin mərkəzində isə məlumat ötürülməsi var. Bununla belə, ünsiyyətin mahiyyəti təkcə məlumat ötürmək deyil, həm də inandırmaq və təsir etməkdir. Siyasi ünsiyyətin tarixi Qədim Yunan sivilizasiyasına gedib çıxır. Siyasi mesaj daşıyan hər hansı bir hərəkət siyasi ünsiyyət çərçivəsindədir. Xüsusilə İkinci Dünya Müharibəsi illərində kütləvi informasiya vasitələrinin geniş istifadəsi ilə inkişaf edən siyasi kommunikasiya İkinci Dünya Müharibəsindən sonra geniş vüsət aldı. Xüsusilə də televiziyanın sükan gücü bu sürətlənmənin ən böyük payını təşkil edir. Ona görə də seçki dövrlərində siyasi kommunikasiya da daha intensiv olsa da, ictimai güclərdən daha çox siyasi güc kimi siyasi partiyaların formaları, prosedurları və diskursları üzərində cəmləşir. Bu prizmadan irəli gələn bu araşdırmada ümumən siyasi ünsiyyət, xüsusilə də siyasi sosiallaşma anlayış və nəzəriyyələri haqqında məlumat veriləcək". 

Kitab təkcə tələbələr üçün deyil, həm də  siyasətçilər, partiya liderləri, siyasətlə maraqlanan bu sahədə magistr, doktarantura təhsili alan tədqiqatçılar üçün mühüm istinad mənbəyi kimi nəzərdə tutulmuşdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->