Xəbər lenti

Sabir Rüstəmxanlının partiyası yenidən Ədliyyə Nazirliyinə müraciət edəcək
Siyasət 15:05 07.08.2023

Sabir Rüstəmxanlının partiyası yenidən Ədliyyə Nazirliyinə müraciət edəcək

Vətəndaş Həmrəyliyi Partiyası "Siyasi partiyalar haqqında" qanununa uyğun olaraq reystrdən keçmək üçün ikinci dəfə Ədliyyə Nazirliyinə müraciət hazırlayır.
 
Qaynarinfo xəbər verir ki, bu barədə partiya sədrinin müavini Samir Əsədli məlumat verib. 

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin nöqsan kimi təqdim etdiyi şəxslər barədə məlumatlar araşdırılıb: 

"Reysterdə adları düz göstərilməyən və telefon nömrələri eyni olan şəxslərlə bağlı iradlar aradan qaldırılıb. VHP üzvü  olmadığını bildirən və adları digər partiyaların siyahısında yer alan şəxslərlə bağlı da məsələyə aydınlıq gətirilib. Bu günlərdə yeni siyahını Ədliyyə nazirliyinə təqdim ediləcək”. 

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Milli Məclisin deputatı Sabir Rüstəmxanlıdır. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->