Xəbər lenti

Gəncədə partlayış zamanı xəsarət alan şəxs vəfat etdi (FOTO)
Foto 10:50 12.10.2025

Gəncədə partlayış zamanı xəsarət alan şəxs vəfat etdi (FOTO)

Gəncədə evdə partlayış zamanı xəsarət alan Elnur Qurbanov Bakı şəhərindəki xəstəxanalardan birində vəfat edib.

"Qafqazinfo” xəbər verir ki, o, səhər saatlarında xəstəxanada keçinib.

Onun nəşi bu gün Gəncə şəhərinə gətiriləcək. 

Xatırladaq ki, hadisə 9 oktyabr tarixində Gəncə şəhəri Dədə Qorqud küçəsində, Zərinə Ağayevaya məxsus evdə baş vermişdi. 36 yaşlı E.Qurbanov həmin evdə usta kimi çalışırdı.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->