Xəbər lenti

Rubl Türkiyə danışıqları fonunda ikiillik maksimuma yüksəldi
Dünya 14:53 15.05.2025

Rubl Türkiyə danışıqları fonunda ikiillik maksimuma yüksəldi

Rusiya rublu son iki ilin ən yüksək səviyyəsinə – dollara qarşı ən güclü mövqeyinə çatıb. Bu, Moskva ilə Kiyev arasında Türkiyədə planlaşdırılan danışıqlarla əlaqədardır.

Qaynarinfo Bloomberg-ə istinadla xəbər verir ki, bu il rubl Rusiya-Ukrayna müharibəsinin mümkün bitməsi barədə optimizm sayəsində dəstək qazanıb. Həmçinin, daxili bazarda xarici valyutaya tələbatın zəifləməsi əlamətləri müşahidə olunur, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında qeyd edilib.

Rubl yerli bazarda dollar qarşısında 80,22 səviyyəsinə qalxıb ki, bu da 31 may 2023-cü ildən bəri ən yüksək göstəricidir (Mərkəzi Bankın məlumatına görə).

Geosiyasi vəziyyətin yaxşılaşması gözləntilərindən əlavə, kursun artmasına ixracatçıların valyuta təklifinin sabit olması və yüksək faiz dərəcələri də təsir göstərib. Mərkəzi Bank inflyasiyanı dayandırmaq üçün rekord səviyyədə yüksək əsas faiz dərəcəsini saxlayıb ki, bu da milli valyutanın möhkəmlənməsi üçün əlverişli şərait yaradıb.

Rusiya daxilində xarici valyutaya tələbat tədricən azalır və Moskva birjasına tətbiq olunan sanksiyalar və dollar, avro ilə ticarətin dayandırılmasından bəri ən aşağı səviyyəyə enib, Mərkəzi Bankın hesabatında vurğulanır.

İxracla bağlı valyuta satışları neft qiymətlərinin kəskin azalmasına baxmayaraq, cəmi 2% azalıb ki, bu da ixracatçıların gəlirlərini sabit şəkildə rubla çevirməyə davam etdiyini göstərir.

Qlobal qeyri-birja bazarında rubl bu il 40%-dən çox artım göstərərək, hətta qızıla qarşı ən gəlirli aktiv olub.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->