Xəbər lenti

Rənglərin festivalı: Dünyanın ən rəngarəng şəhəri seçildi - TOP-10
Dünya 18:58 20.04.2026

Rənglərin festivalı: Dünyanın ən rəngarəng şəhəri seçildi - TOP-10

Portuqaliyanın paytaxtı Lissabon 2026-cı ildə dünyanın ən rəngarəng şəhəri elan edilib - burada səyahət həm göz üçün bayramdır, həm də saysız-hesabsız fotolar üçün imkan yaradır.

Qaynarinfo xəbər verir ki, reytinq "JustCover” adlı turizm sığortası şirkəti tərəfindən hazırlanıb. Ekspertlər təxminən 80 məşhur və rəngarəng məkandan yüzlərlə görüntünü təhlil ediblər.

Hər şəhər üçün səciyyəvi olan hava çəkilişləri və küçə görüntüləri seçilib. Fotolar gün işığında, filtrlərsiz şəkildə analiz olunub və xüsusi rəng analizi aləti ilə hər şəkildən unikal rənglərin sayı hesablanıb.

Portuqaliya paytaxtı maksimum - 100 bal toplayıb. Təhlillərə əsasən, şəhərdə 2,6 milyondan çox unikal rəng aşkarlanıb.

Lissabon pastel tonlu binaları və "azulejo” adlı naxışlı keramika plitələri ilə məşhurdur. Şəhərin ən simvolik mənzərələrindən biri isə dar küçələrdə hərəkət edən sarı tramvaylardır.

Mütəxəssislər şəhərin panoramını görmək üçün Miradouro da Senhora do Monte baxış nöqtəsini ziyarət etməyi tövsiyə edirlər.

2026-cı ilin ən rəngarəng 10 şəhəri:

1. Lissabon, Portuqaliya
2. Kuala-Lumpur, Malayziya
3. Porto, Portuqaliya
4. Kartaxena, Kolumbiya
5. Rio-de-Janeyro, Braziliya
6. Quanaxuato, Meksika
7. Havana, Kuba
8. Hanoi, Vyetnam
9. Nyu-Orlean, ABŞ
10. Medellin, Kolumbiya

Aydın

--> -->