Xəbər lenti

Qızdırma ilə xəstəxanaya gətirilən azyaşlı öldü
Ölkə 22:21 08.01.2025

Qızdırma ilə xəstəxanaya gətirilən azyaşlı öldü

Zaqatala Xəstəxanasında azyaşlı ölümü qeydə alınıb.


"Qafqazinfo”nun məlumatına görə, bu gün səhər saatlarında rayonun Danaçı kənd sakini, 2022-ci il təvəllüdlü Maxac İsmayıl oğlu Katmayev valideynlərinin köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə gətirilib.


Həkimlər müayinə zamanı azyaşlıda qızdırma, virus infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib və uşaq təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.


Aparılan  müdaxilələrə baxmayaraq, axşam saat 19 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->