Xəbər lenti

Qəribə plan: Niyə Sahranı nüvə bombaları ilə partlatmaq istəmişdilər?
Dünya 23:43 09.01.2026

Qəribə plan: Niyə Sahranı nüvə bombaları ilə partlatmaq istəmişdilər?

Saharanın mərkəzində daxili dəniz yaratmaq ideyası fantaziya kimi görünə bilər, lakin tarix boyu mühəndislər, hərbçilər və hətta hökumətlər tərəfindən ciddi şəkildə müzakirə olunub. 

Qaynarinfo "IFLScience" portalına istinadən xəbər verir ki, ən radikal layihələr planetin ən böyük səhralarından birinin mənzərəsini dəyişdirmək üçün nüvə partlayışlarından istifadə etməklə bağlıdır.

Sahra təxminən 9,2 milyon kvadrat kilometr sahəni əhatə edir və ərazisinin bir hissəsi dəniz səviyyəsindən aşağı yerləşir. Bu, səhranın süni şəkildə su ilə doldurulması ideyasının əsasını təşkil etdi.

İlk layihələr: Qum yerinə kanallar

İlk təşəbbüskarlardan biri şotland mühəndisi Donald Makkenzi olub. O, Əl-Cuf hövzəsini su ilə doldurmağı və Marokkodan təxminən 644 km uzunluğunda kanal çəkməyi təklif etmişdi. Nəticədə, təxminən 96 min kvadrat kilometr sahəsi olan daxili bir dənizin yaranması planlaşdırılırdı – bu, təxminən İrlandiya ölçüsündədir.

1870-ci illərdə oxşar ideya fransız ordusunun kapitanı Fransua-Eli Ruder tərəfindən irəli sürülüb. Süveyş kanalının tikintisindən ilhamlanan Ruder, Aralıq dənizini Tunis cənubundakı duzlu düzlüyə (Shott el-Fejey) birləşdirməyi təklif edib. Layihə Süveyş kanalının memarı Ferdinand de Lesseps tərəfindən dəstəkləndi və təxminən 25 milyon frank dəyərində qiymətləndirilib.

Layihənin məqsədi yalnız ticarəti asanlaşdırmaq deyil, həm də regionun iqlimini dəyişmək – Şimali Afrikada rütubət və torpağın məhsuldarlığını artırmaq idi. Lakin bəlli oldu ki, bəzi ərazilər dəniz səviyyəsindən aşağıda deyil və xərclər sürətlə artır. Nəticədə, ideya həyata keçirilməyib.

Mühəndislikdən ədəbiyyata

Layihələr kağız üzərində qalsa da, fransız yazıçısı Jules Vernei ilhamlandırıb. 1905-ci ildə yazdığı "Dənizə Hücum” romanında Səhrada daxili dənizin təbii fəlakət nəticəsində yaranmasını təsvir edib.

Nüvə variantı: ABŞ layihəsi

Ən radikal plan XX əsrdə ortaya çıxdı. ABŞ-ın "Project Plowshare" proqramı çərçivəsində Atom Enerjisi Komissiyası "sülh məqsədli" nüvə partlayışları ilə kanallar yaratmağı nəzərdən keçirib. Plan, Misirdə dəniz səviyyəsindən təxminən 60 metr aşağıda yerləşən Qattara çökəkliyinin su ilə doldurulmasını nəzərdə tuturdu.

Düşünülürdü ki, bir sıra nüvə detonasiyaları dəniz suyunun daxil olması üçün keçid yaradacaq. Lakin beynəlxalq müqavilələr nüvə silahlarının hətta "mülki” məqsədlərdə istifadəsini qadağan etdi və 1977-ci ildə layihə tamamilə dayandırılıb.

XXI əsrdə radikal ideyalar

Landşaftın radikal dəyişdirilməsi ideyaları XXI əsrdə də ortaya çıxır. 2018-ci ildə Silikon Vadisində bir şirkət qlobal istiləşmə ilə mübarizə aparmaq üçün Kaliforniya səhralarında milyonlarla kiçik su anbarı yaratmağı təklif edib. Layihə 50 trilyon dollar qiymətləndirildi və yalnız konsepsiya olaraq qalıb.

Aydın

--> -->