Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinə yeni rəis təyin olunub.
Qaynarinfo-nun Teleqraf-a istinadən məlumatına görə, Komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə sözügedən vəzifəyə Şamil Həsənli gətirilib.
Qeyd edək ki, 31 yaşlı Ş.Həsənli Vətən müharibəsi iştirakçısıdır. O, 2024-cü ildə Gəncə Gömrük İdarəsinə rəis təyin olunmuşdu.
Şərhlər