Xəbər lenti

Qəbul imtahanında ən yüksək balı bu xanım topladı
Ölkə 16:16 14.03.2025

Qəbul imtahanında ən yüksək balı bu xanım topladı

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının (I cəhd) yekun nəticələri açıqlanıb. İmtahanda 1 nəfər 97.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.

Modern.az-ın məlumatın görə, imtahanda ən yüksək balı Fidan Babayeva toplayıb.

O, Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisası üzrə 5-cü kurs tələbəsidir.

Fidan Babayeva saytımıza açıqlamasında bildirib ki. imtahana çox yaxşı hazırlaşıb: "Yüksək nəticə əldə edəcəyimi gözləyirdim.Zəhmətimin qarşılığını aldığımı düşünürəm”.

O, hələlik hansı universitetdə oxumağa qərar vermədiyini, lakin magistratura pilləsini kibertəhlükəsizlik ixtisası üzrə xaricdə davam etdirmək istədiyini bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->