Xəbər lenti

Dünya 21:28 31.07.2024

"Qazprom" pul itirməkdə davam edir - Şirkətin itkiləri iki dəfə artıb

Bu ilin birinci yarısında Rusiyanın dövlət neft-qaz nəhəngi "Qazprom"un əsas şirkətinin xalis itkisi 480 milyard rubl, 2023-cü ilin yanvar-iyun ayları üçün isə 255 milyard rubl təşkil edib.

Qaynarinfo bu barədə "Enkorr"a istinadən xəbər verir.

"Qazprom" beynəlxalq standartlara (BMHS) uyğun olaraq qrupun konsolidasiya edilmiş mənfəətindən dividendlər hesablayır. Qaz biznesindən əlavə, şirkət xüsusilə neft, enerji və LNG bölmələrini əhatə edir. Dividend siyasətinə uyğun olaraq, dividend bazası qeyri-monetar maddələr üzrə tənzimlənir.

Ekspertlərin fikrincə, Rusiya Federasiyasının qaz monopoliyasının itkilərinin artması şirkətin yüksək əməliyyat xərcləri fonunda Avropaya qaz tədarükünün azalması ilə əlaqədar baş verib.

Əvvəllər bildirilirdi ki, Rusiyanın enerji nəhəngi ötən il Avropaya təbii qaz tədarükünü 55,6% azaldaraq, 28,3 milyard kubmetrə çatdırıb. 2022-ci ildə Rusiya müxtəlif marşrutlarla Avropa istehlakçılarına təxminən 63,8 milyard kubmetr qaz tədarük edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->