Xəbər lenti

Qarabağın mülki şəhidi dəfn edildi (FOTO)
Foto 15:51 15.08.2024

Qarabağın mülki şəhidi dəfn edildi (FOTO)

Qalıqları aşkar edilən I Qarabağ müharibəsində itkin düşmüş hesab olunan mülki şəhid Təranə (Əsmayə) Davud qızı Zeynalova ilə Bərdə şəhərində keçirilən vida mərasimi başa çatıb.

"Report”un məlumatına görə, şəhidin nəşi Bərdə şəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Bərdə Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Təranə (Əsmayə) Davud qızı Zeynalova 1970-ci il iyunun 1-də anadan olub. O, 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi istiqamətində ("Tunel” adlanan ərazi) itkin düşüb. T.Zeynalovanın qalıqları Xocalı rayonunun Malıbəyli kəndindəki məzarlıqda aşkar edilib.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->