"Yaxşı olar ki, nəfisinizi qoruyasınız və hər meyvəni öz vaxtında yeyəsiniz".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla sosial şəbəkələrdə aprel ayında satışda olan çiyələyin yetişdirilməsi zamanı fermerin "camaatı bilə-bilə zəhərləyib öldürürük” fikirlərinə münasibət bildirərkən deyib.
Professor bildirib ki, hətta meyvəni öz vaxtında yeyəndə belə insan sağlamlığında problem yaradır:
"Süni iqlim şəraitində yetişdirilən bitkilər insan orqanizmində problemlər yaradır. Onlara müxtəlif zərərvericilərlə mübarizə üçün kimyəvi və toksiki maddələr vurulur. Yəni, çiyələk bəslənən zaman bu maddələrdən istifadə olunur. Digər tərəfdən də tez yetişməsi üçün gübrələr verilir. Həmin gübrələr meyvənin içərisində toplanır və insanların orqanizminə keçir. Onlar sərbəst radikallar şəklində insanların orqanizmində qalır”.
Adil Qeybulla hər meyvəni öz vaxtında yeməyi tövsiyyə edib:
"Bunlar ümumi qaydadır. İndi insanlar nəfisini saxlaya bilmirlər. Onlar öz səhhətlərinə görə özləri məsuliyyət daşıyırlar”.
Qeyd edək ki, Azərbaycanda çiyələyə zəhərli maddələr qatılması ilə bağlı sosial şəbəkələrdə Cəlilabad rayonunun Privolnoye kənd sakini, fermer Natiq Bədirov video paylaşıb. Videoda danışan fermerin sözləri insanları dəhşətə gətirib:
"Görün çiyələyə nə qədər dərman vururuq. Camaatı bilə-bilə zəhərləyib öldürürük”.
Bahar Rüstəmli
Şərhlər