Xəbər lenti

Siyasət 15:32 13.08.2024

"Prezidentin siyasi kursuna sadiq qalacağam" - FHN-in ehtiyatda olan polkovniki

Avqustun 10-da 88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Rauf Əfqan oğlu Qurbanov seçkilərin təbliğat-təşviqat kampaniyasına başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu məqsədlə Rauf Qurbanov əvvəlcə rayonun ağsaqqalları, ziyalıları, qazi və müharibə veteranları, dostları və seçiciləri ilə birlikdə mərhum eks-prezident, Ulu Öndər Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül çələngi qoyub. Böyük şəxsiyyətin ruhuna dualar oxunub, onun Azərbaycan Respublikasının ən yeni dövlətçilik tarixindəki misilsiz rolu xüsusi qeyd edilib. 



Məşhur kinorejissor, ssenarist və aktyor, Azərbaycanın xalq artisti Şeyx Əbdül Mahmudbəyov və Şamaxının tanınmış ziyalılarından biri Mahmud bəy Əfəndiyev də ziyarətçilər arasında olub. 

Ziyarət zamanı ziyalılar və ağsaqqallar çıxış edərək ötən ilə qədər dövlət qulluğunda polkovnik-leytenant rütbəsinə qədər yüksəlmiş bir idarə rəisi, gənc milli kadr kimi Rauf Qurbanova Milli Məclisə növbədənkənar seçkilərdə uğurlar diləyiblər. 



Onlar əmin olduqlarını bildiriblər ki, seçiləcəyi təqdirdə Şamaxıya və şamaxılılara xidmət göstərəcək, həmyerlilərinə layiqli millət vəkili olacaq Rauf Qurbanov, suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş Respublikamızda hüquqi və demokratik dövlət quruculuğuna, sosial-iqtisadi, mədəni tərəqqiyə nail olmuş cənab Prezident İlham Əliyevin siyasi kursuna sadiq qalacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->