Cənubi Asiyada gərginliyin artması fonunda diqqət Pakistan və Əfqanıstana yönəlib.
Qaynarinfo xəbər verir ki, Pakistan müdafiə naziri Xəvəca Məhəmməd Asıf Əfqanıstandakı Taliban hakimiyyətinə qarşı müharibə elan etdiklərini açıqlayaraq bildirib: "Səbrimiz tükənib. İndi aramızda açıq bir müharibə var".
Bu açıqlamadan sonra iki ölkənin hərbi güc fərqi diqqət mərkəzinə düşüb. "Global Firepower 2026" siyahısına görə, dünyanın ən güclü orduları sırasında Pakistan 14-cü, Əfqanıstan isə 121-ci sıradadır.
Hərbi heyət
* Pakistanın aktiv hərbi personalı təxminən 660 min nəfərdir: 560 min qureu qüvvələrində, 70 min hava qüvvələrində və 30 min donanmada xidmət edir.
* Əfqanıstan tərəfi isə təxminən 172 min hərbçiyə malikdir.
Zirehli texnika və artilleriya
* Pakistanın arsenalında 6 mindən çox döyüş zirehli texnika və 4600-dən çox artilleriya sistemi mövcuddur.
* Əfqanıstanın gücləri isə Sovet dövründən qalmış zirehli texnikaya və məhdud sayda artilleriya sisteminə sahibdir; dəqiq rəqəmlər məlum deyil.
Hava gücü
* İslamabadın hava qüvvələri 465 döyüş təyyarəsi və 260-dan çox helikopterdən ibarətdir.
* Kabilin hava gücündə isə nizamlı döyüş təyyarəsi donanması yoxdur: ölkədə ən azı 6 təyyarə və 23 helikopter olduğu bildirilir, lakin onların əməliyyat vəziyyəti qeyri-müəyyəndir.
Nüvə gücü
* Strateji səviyyədə Pakistan nüvə silahına sahibdir və təxminən 170 nüvə döyüş başlığı olduğu bildirilir.
* Əfqanıstanın isə nüvə gücü yoxdur.
Qeyd olunan rəqəmlər göstərir ki, Pakistan hərbi baxımdan regionda Əfqanıstana nisbətən xeyli üstün mövqeyə malikdir.
Aydın
Şərhlər