Bakıdakı məşhur oteldə qadını döyməkdə təqsirləndirilən şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1991-ci ildə Saatlı rayonunda anadan olmuş Y.İsmayılov (şərti) saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məlum olub ki, Y.İsmayılov Nizami rayonunda yerləşən "Xudafərin” otelində dincələrkən içkili olduğundan Səkinə (şərti) adlı qadınla aralarında mübahisə yaranıb. Zərərkəmiş qadın Daxili İşlər Nazirliyinin 102 xidmətinə döyülməsi ilə bağlı şikayət edib.
Təqsirləndirilən şəxs isə məhkəmədə 17 yanvar 2025-ci il tarixdə gecə saatlarında "Xudafərin” otelində olduğu vaxt bir xanımla aralarında anlaşılmazlıq olduğunu təsdiqləyib və onu döymədiyini deyib. O, içkili olduğu üçün nə etdiyini bilmədiyini də etiraf edib.
Məhkəmənin qərarı ilə Y.İsmayılov 8 gün müddətinə həbs edilib.
Aydın
Şərhlər