İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində yanvarın 18-də, saat 12:30 radələrində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən hadisə barədə İmişli Rayon Prokurorluğuna məlumat daxil olub. Hadisə nəticəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.
Faktla bağı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
16.41
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50 radələrində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Qaynarinfo-ya TƏBİB-dən bildirilib ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.
"Xəsarət alan 3 uşaq (qadın cinsli) 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
1992-ci il təvəllüdlü (kişi cinsli) və 2015-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.
Təxliyə olunan şəxslərdən 1 nəfərin (qadın cinsli) xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, 1 uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib",- deyə qurumdan qeyd edilib.
Qeyd edək ki, İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.
Şərhlər