Xəbər lenti

İdman 20:36 19.10.2025

"Neftçi" yenə xal itirdi

Misli Premyer Liqasında VIII tura yekun vurulub.

Qaynarinfo xəbər verir ki, turun bağlanış matçında "Neftçi" və "Araz-Naxçıvan" kollektivləri qarşılaşıblar.

"Palms Sports Arena"da keçirilən oyunda 2:2 hesablı bərabərlik qeydə alınıb.

Ev sahiblərinin heyətində Bassala Sambu (19) və Emin Mahmudov (55) fərqləniblər. Qonaqların heyətində isə Ba-Muaka Simakala (36, 47) dubl müəllifi olub.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Kəpəz" "Şamaxı"nı, "Sumqayıt" "Karvan-Yevlax"ı (4:1), "Qarabağ" "Turan Tovuz"u (2:1), "Sabah" isə "Zirə"ni (3:0) məğlub edib. "İmişli" - "Qəbələ" görüşündə isə qalib müəyyənləşməyib - 2:2.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->