Xəbər lenti

Nazir Oktay Babayevi vəzifəsindən azad etdi
Ölkə 13:11 01.05.2026

Nazir Oktay Babayevi vəzifəsindən azad etdi

Səhiyyə Nazirliyinin Aparatında daha bir yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nazirliyin Daxili nəzarət şöbəsinin müdiri Oktay Babayev vəzifədən azad olunub.

Bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. 

Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, Oktay Babayev öz istəyi ilə vəzifəsindən ayrılıb. 

Əhməd
--> -->