Xəbər lenti

Mərkəzi Bank elektron pul təşkilatı ilə bağlı məcburi göstəriş verdi
Ekonomiks 12:00 01.05.2026

Mərkəzi Bank elektron pul təşkilatı ilə bağlı məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Baku Pay” MMC-yə icrası məcburi olan göstəriş verib.

Qaynarinfo bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, məcmu kapitalın minimum miqdarının qanunvericiliklə müəyyən edilmiş məbləğdən aşağı düşməsinin öncədən izlənilməsi və vaxtında müvafiq tədbirləri görülməsi ilə bağlı Mərkəzi Bank tərəfindən "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Baku Pay” MMC-yə icrası məcburi olan göstəriş verilib.

Xatırladaq ki, ötən il yanvarın 15-də Mərkəzi Bank "Baku Pay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib. Həmin ilin avqust ayında da tənzimləyici tərəfindən MMC-yə icrası məcburi olan göstəriş verilmişdi.
--> -->