Səhiyyə Nazirliyinin tabeliyindəki Səhiyyənin Təminat Mərkəzinin rəhbəri işdən çıxarılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Teymur Musayevin müvafiq əmri ilə Nəsirov Azər Əhliman oğlu Mərkəzin direktoru vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə Səhiyyənin Təminat Mərkəzinin direktoru vəzifəsinə Etibar Muradov gətirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti Qaynarinfo-ya xəbəri təsdiq edərək bildirib ki, Azər Nəsirov Mərkəzin direktoru vəzifəsindən azad edilərək həmin quruma direktor müavini təyin edilib.
Mərkəz direktoru Azər Nəsirovun vəzifəsinin hansı zərurətdən aşağı salındığı məsələsinə isə aydınlıq gətirilməyib.
Qeyd edək ki, 9 mart 2023-cü ildə Prezident İlham Əliyev müvafiq fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində "Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Həmin tarixdən sözügedən qurumun direktoru vəzifəsinə Azər Nəsirov təyin edilmişdi.
Əhməd
Şərhlər