Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə Nadejda Vasilyevna İsmayılova "Şöhrət” ordeni ilə təltif edilib.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, ssenari müəllifi və kino redaktoru, Azərbaycan SSR əməkdar jurnalisti Nadejda İsmayılova 14 yanvar 1938-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olub. O, 1959-cu ildən etibarən Azərbaycan Televiziyasında əmək fəaliyyətinə başlayıb. 1975-ci ildən 1984-cü ilə qədər "Azərbaycanfilm" kinostudiyasında Baş redaktor müavini vəzifəsində çalışıb. 1985–1987-ci illərdə AzTV nin "Azərtelefilm" YB-də işləyib. "Dalğa", "Həftə plyus" "TV Kuryer" televiziya publistik proqramların müəllifi və aparıcısı olub. Yanvarın 14-də onun 88 yaşı tamam olub.
Şərhlər