Xəbər lenti

Ekonomiks 13:38 13.02.2026

"Mülkiyyət müqədəssdir, amma dövlət ondan da müqəddəsdir" - Deputat

"Təbii ki, mülkiyyət müqədəssdir, amma dövlət ondan da müqəddəsdir. Dövlət ehtiyacları üçün alınan torpaqlarla bağlı məsələ həllini tapmalıdır".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Məcəllə və və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

"Vaxtilə müxtəlif insanlar dəmiryollarının kənarında evlər tikiblər. Bu artıq həmin ərazilərdə xətlərin genişləndirilməsi və yenidənqurulmasına ciddi problemlər yaradır", deyə deputat bildirib.

Qafqaz Rafiqoğlu
--> -->