Xəbər lenti

Müharibəyə qarşı çıxdı, Aİ-dən sanksiyaları ləğv etməyi xahiş etdi
Dünya 15:26 27.08.2023

Müharibəyə qarşı çıxdı, Aİ-dən sanksiyaları ləğv etməyi xahiş etdi

"Yandex"in həmtəsisçisi Arkadi Voloj Avropa İttifaqının (Aİ) rəhbərliyinə sanksiyalar siyahısından çıxarılması ilə bağlı rəsmi sorğu göndərib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.

Aİ 3 iyun 2022-ci ildə Voloja qarşı sanksiyalar tətbiq edib. FT həmsöhbətlərinin dediyinə görə, onun vəkilləri "Yandex"in həmtəsisçisi Rusiyanın Ukrayna ərazisindəki hərbi əməliyyatlarına qarşı çıxış etdikdən bir neçə gün sonra ona qarşı sanksiyaların ləğvi xahişi ilə Aİ hakimiyyətinə müraciət ediblər. Nəşrin məlumatına görə, Aİ rəsmiləri onun müraciətinə gələn ay baxacaq.

"Təbii ki, sanksiyalar mühüm rol oynayır. O sanksiyalardan və öz reputasiyasından çox narahatdır. Həqiqətən də müharibənin əleyhinədir və bunu əvvəldən bəyan etmək istəyirdi”, deyə FT biznesmene yaxın mənbədən sitat gətirib.

Bununla belə, nəşrin Voloja yaxın olan digər həmsöhbəti onun sanksiya siyahısından çıxarılması xahişinin təmin ediləcəyinə şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, bir çox rusiyalı sahibkarlar sanksiyalar siyahısından çıxmağa "çox yaxın olduqlarına” özlərini inandırırdılar.

FT-yə görə, üzv dövlətlər fiziki və ya qurumun "artıq sanksiya meyarlarına cavab vermədiyinə” dair "məcburi dəlillərin” olması ilə razılaşdıqdan sonra Aİ sanksiyaları ləğv edilə bilər. Sanksiya siyahısından istisnaya nail ola bilən yeganə şəxs Tinkoff Bank-ın təsisçisi Oleq Tinkov olub. Böyük Britaniya onunla bağlı sanksiyaları iyulun sonunda ləğv edib.

Arkadi Voloj 3 iyun 2022-ci ildə Aİ-nin sanksiya siyahısına daxil edilib. Onun sanksiya siyahısına daxil edilməsinə səbəb kimi göstərilib ki, "Yandex"in əsas səhmdarları sanksiyalara məruz qalmış dövlət bankları Sber və VTB-dir. Elə həmin gün "Yandex" Volojun şirkətdəki bütün vəzifələri tərk etdiyini açıqlayıb. O, Niderlandın "Yandex N.V" şirkətinin baş direktoru vəzifəsində çalışıb. 

2023-cü ilin avqustunda Arkadi Voloj Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxış edib. İş adamı müraciətində qeyd edib ki, 2014-cü ildən Rusiyada yaşamır və İsraildədir, lakin o, "ölkənin hərəkətlərinə görə məsuliyyət payının olduğunu” başa düşür.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->