Xəbər lenti

Merz:
Dünya 10:11 19.08.2025

Merz: "Ukraynadan Donbası tələb etmək, ABŞ-dan Floridanı istəmək kimi bir şeydir"

Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya lideri Vladimir Putinlə görüşü artıq avqustun sonunadək baş tuta bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz "Reuters”ə açıqlama verib.

Merz jurnalistlərə bildirib ki, 'Amerika prezidenti rusiyalı prezidentlə telefonla danışdı və qarşıdakı iki həftə ərzində Rusiya və Ukrayna prezidentlərinin görüşü barədə razılaşıb. Onun sözlərinə görə, görüşün yeri hələ müəyyən olunmayıb.

Merz əlavə edib ki, belə bir sammit yaxşı hazırlanmalıdır, lakin ''Putinin cəsarətinin çatıb-çatmayacağından” əmin deyil.

''Biz bilmirik ki, Rusiya prezidentinin belə bir sammitdə iştirak etmək üçün kifayət qədər cəsarəti olacaqmı. Buna görə də onu inandırmaq lazımdır'', deyə Almaniya kansleri bildirib.

Merz qeyd edib ki, bundan sonra Tramp üçtərəfli görüş üçün daha bir dəvət göndərməyə razılıq verib ki, danışıqlar ''həqiqətən başlaya bilsin''.

O həmçinin vurğulayıb ki, Ukraynanı Donbası Rusiyaya verməyə məcbur etmək olmaz və bunu ABŞ-ın öz ştatlarından birindən imtina etməsi ilə müqayisə edib.

''Rusiyanın Kiyevdən azad Donbas bölgələrindən imtina etməyi tələb etməsi, mahiyyət etibarilə, ABŞ-dan Floridadan imtina etməsini istəməyə bərabərdir'', deyə Merz bildirib.

Bundan əvvəl Tramp açıqlamışdı ki, o, Putinə zəng edərək onunla Zelenskinin görüşünün təşkilinə başlamaq barədə razılaşıb.

''Mən Putinə zəng etdim və hələ müəyyən edilməli olan yerdə Putinlə Zelenskinin görüşünün hazırlanmasına başladım. Bu görüşdən sonra isə iki prezidentin və mənim iştirakımla üçtərəfli görüş olacaq'', deyə ABŞ prezidenti qeyd edib.

Zelenski brifinqdə Putinə görüşə hazır olduğunu təsdiqləyib və bildirib ki, onunla ərazilər məsələsini müzakirə etməyi planlaşdırır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->