Xəbər lenti

Mərkəzi Bankın valyuta ehtiyatları 302 milyon dollar azaldı
Ekonomiks 15:25 06.11.2025

Mərkəzi Bankın valyuta ehtiyatları 302 milyon dollar azaldı

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2023-cü ilin sonundan 2025-ci ilin sentyabr ayınadək 11 milyard 613 milyon dollardan 11 milyard 310.5 milyon dollara enib.

Qaynarinfo rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin əvvəlindən ehtiyatlar ardıcıl artaraq sentyabrda 11 795.8 milyon dollara çatıb. Lakin oktyabr-noyabr aylarında kəskin azalma qeydə alınıb - göstərici ardıcıl olaraq 424.1 milyon və 403.9 milyon dollar azalıb.

Cari ilin əvvəlindən başlayaraq ehtiyatlarda artım tendensiyası müşahidə olunur. Belə ki, ilin əvvəlindən sentyabr ayına kimi AMB-nin ehtiyatları 10 milyard 988.5 milyon dollardan 11 milyard 310.5 milyon dollara yüksəlib.

Beləliklə, 2025-ci ilin 9 ayında valyuta ehtiyatları ümumilikdə 322 milyon ABŞ dolları artıb. Ən yüksək artım sentyabr ayında (61.1 milyon dollar) qeydə alınıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->