Xəbər lenti

Hovuz tikmək istədi, sərvət tapdı: Bağçasından 800 min dollarlıq qızıl çıxdı
Dünya 16:51 06.11.2025

Hovuz tikmək istədi, sərvət tapdı: Bağçasından 800 min dollarlıq qızıl çıxdı

Fransanın şərqində yerləşən Nevill-sür-Son qəsəbəsində inanılmaz bir hadisə baş verib. 

Qaynarinfo xəbər verir ki, qəsəbə sakinlərindən biri bağçasında üzgüçülük hovuzu düzəltmək üçün qazıntı apararkən təxminən 800 min dollar dəyərində qızıl tapıb. 

Torpağın altından plastik torbalarda gizlədilmiş beş qızıl külçəsi və çoxlu sayda sikkə çıxıb. Ümumi dəyərinin təxminən 800 min dollar olduğu bildirilib. Hadisə bu ilin may ayında baş verib və şəxs tapıntı barədə dərhal yerli orqanlara məlumat verib.

AFP agentliyinin məlumatına görə, bu qızılların tarixi əsər dəyəri daşımadığı müəyyən edilib və yerli hakimiyyət həmin vətəndaşa tapdığı sərvəti saxlamağa icazə verib.

Polis tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, qızıllar qanuni yolla əldə olunub və təxminən 15–20 il əvvəl bölgədəki bir qızıl emalı zavodunda əridilərək hazırlandığı müəyyən edilib.

Bununla belə, ən böyük sirr hələ də açılmayıb. Bağçanın əvvəlki sahibi vəfat etdiyindən, bu qızılların necə və niyə torpağa basdırıldığı sualı cavabsız qalıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->