Xəbər lenti

Mərkəzi Bank
Ekonomiks 16:26 18.10.2025

Mərkəzi Bank "Automkr Service"i 35 min dolar cərimələdi

Səbail rayonunda yerləşən "Automkr Service" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, Mərkəzi Bank tərəfindən şirkətə İnzibati İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, MMC tərəfindən 175 915 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 21 sentyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. Ödənişin aparıldığı gündən 2 il müddətində həmin məbləğ hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib. 

Məhkəmə hökmü ilə şirkət nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 175 915ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, yəni 35.183 ABŞ dolları məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilib. 

Qeyd edək ki, nizamnamə kapitalı 5 manat olan şirkətin qanuni təmsilçisi Yusifov Əli Məhəmməd oğludur. Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 78598.22 AZN  vergi borcu var. 

Aydım

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->