Xəbər lenti

Maliyyə naziri dövlət borcundan danışdı: Yaxın 4 ilin proqnozunu verdi
Ekonomiks 12:00 06.11.2025

Maliyyə naziri dövlət borcundan danışdı: Yaxın 4 ilin proqnozunu verdi

Dövlət borcumuzla bağlı vəziyyətimizi qısa olaraq şərh etmək istərdim. Bu gün Azərbaycan  dünyada həm ümumi dövlət borcunun ÜDM-ə nisbəti baxımından, həm xarici dövlət borcunun ÜDM-ə nisbəti baxımından ən yaxşı göstəricilərə sahib ölkələrdən biridir.

Qaynarinfo xəbər verir ki bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib. 

Biz bu göstəriciləri qorumağa çalışırıq. 2029-cu ilin sonuna qədər dövlət borcunun ÜDM-ə nisbətini 21.2 faiz proqnozlaşdırırıq. Xatırlatmaq istəyirəm ki bir çox ölkələrdə bu rəqəm 100 faizə yaxındır. Azərbaycan bu istiqamətdə də sabitliyi qorumuş ölkələrdən biridir.

Qafqaz Rafiqoğlu
--> -->