Xəbər lenti

Laçında ağır yol qəzasında 3 nəfər ölüb, xəsarət alan var
Ölkə 21:34 26.07.2025

Laçında ağır yol qəzasında 3 nəfər ölüb, xəsarət alan var

Laçında bir neçə nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Qarakeçdi kəndində baş verib.

Belə ki, "Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 3 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->