Xəbər lenti

Arif Babayevin vəziyyəti açıqlandı
Ölkə 16:21 26.07.2025

Arif Babayevin vəziyyəti açıqlandı

"Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır".

Qaynarinfo xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikanın Baş həkimi Prof. Dr. Kamran Musayev məlumat verib.

"Müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, - o bildirib.

Qeyd edək ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->