Kiyev şəhər rəhbəri Vitali Kliçko Prezident Volodimir Zelenskinin ittihamlarına cavab olaraq bildirib ki, o, bir mer kimi və bütün şəhər xidmətləri enerji sistemindəki fövqəladə vəziyyət zamanı şəhərin həyat fəaliyyətini qoruyub saxlamaq üçün əlindən gələni edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Kliçko Telegram kanalındakı paylaşımında bildirib.
"Prezident, xüsusən də son günlərdə, dediyi kimi, Kiyevdə fövqəladə vəziyyət şəraitində işin hansı "intensivliyini” görmür? Dağıdıcı hücumdan sonra bir neçə gün ərzində istiliksiz qalan altı min evdən cəmi 400-ü qaldıqda? Kommunal işçilər gecə-gündüz fevral şaxtasında düşmənin zədələdiyi kritik infrastrukturu təmir edərək insanlara istilik və suyu qaytarmağa çalışdıqda? Energetiklər 24/7 işləyərək kiyevlilərin evlərinə heç olmasa bir neçə saatlıq işıq qaytarmağa çalışdıqda?" – O, qeyd edib.
Mer vurğulayıb ki, bu cür bəyanatlar, hər şeydən əvvəl, minlərlə mütəxəssisin fədakar əməyinə kölgə salır.
Kliçko daha sonra yazıb:
"Bu arada isə ancaq nifrət görürük. ”Aaaa, Kliçko imkanı olanlara şəhər kənarına köçməyi məsləhət gördü”. İşıqsız və istiliksiz donmasınlar deyə. Müvəqqəti çıxıb getmək imkanı olanlar üçün deyirəm. Mən, ən azından, dürüst danışıram və insanları həddindən artıq çətin vəziyyət barədə xəbərdar edirəm. Mənim üçün hansısa reytinqlər və xəyali seçkilər əhəmiyyətsizdir".
Kliçko əlavə edib ki, o, prezidentə rəsmi deyil, məhz açıq şəkildə cavab verir, çünki: "Son 4 il ərzində sizinlə şəxsən, cənab prezident, təəssüf ki, bir dəfə də olsun görüşməmişik..."
•Kiyevdə artıq ikinci gündür ki, qrafiklər işləmir, qəza söndürmələri tətbiq olunur. Hazırda vəziyyət təxminən belədir: 3 saat işıq verilir, 10 saat verilmir.
•Ukraynanın energetika sistemində fövqəladə vəziyyət rejimi tətbiq olunacaq. Həmçinin Kiyevdə vəziyyəti koordinasiya etmək üçün daimi fəaliyyət göstərən qərargah yaradılacaq.
•Bundan əvvəl Baş nazir və energetika naziri Denis Şmıqal bəyan etmişdi ki, Kiyev Rusiyanın enerji obyektlərinə kütləvi zərbələrinə Xarkovdan qat-qat pis hazırlaşıb.
•Prezident Volodimir Zelenski də paytaxtda enerji sistemindəki fövqəladə vəziyyətə hazırlıqla bağlı "çox az iş görüldüyünü" qeyd edib.
Alpər
Şərhlər