Xəbər lenti

Böyük Britaniya İrandakı səfirliyini bağladı
Dünya 12:20 15.01.2026

Böyük Britaniya İrandakı səfirliyini bağladı

Böyük Britaniya, ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatları fonunda Tehrandakı səfirliyinin fəaliyyətini dayandırıb, səfirini və bütün personalını təxliyə edib.

Qaynarinfo bu barədə "Politico”ya istinadla xəbər verir.

"Biz Tehrandakı Britaniya səfirliyini müvəqqəti bağladıq, o, artıq məsafədən (distans) fəaliyyət göstərəcək", - Britaniya hökuməti nümayəndəsi deyib.

Nümayəndə əlavə edib ki, konsulluq fəaliyyətindəki bu dəyişikliklərlə əlaqədar Xarici İşlər Nazirliyinin səyahət tövsiyələri yenilənib. London hazırda İrana səyahət etməyi tövsiyə etmir, artıq ölkədə olan Britaniya vətəndaşlarına isə orada qalma ehtimalını "ciddi şəkildə nəzərdən keçirmələri" (ölkəni tərk etmələri) məsləhət görülür.
Avropalı diplomatların bildirdiyinə görə, 12 yanvarda Britaniya səfiri digər avropalı diplomatlarla birlikdə İranın xarici işlər naziri Abbas Araqçi ilə gərgin bir görüşə çağırılıb. Öz növbəsində, Britaniyanın Yaxın Şərq üzrə naziri Hemiş Falkoner 13 yanvarda İranın Londondakı səfirini görüşə çağırıb.
Bundan əvvəl ABŞ, 10 min amerikalı hərbçinin yerləşdiyi və Yaxın Şərqdəki ən böyük ABŞ bazası olan Qətərdəki "Əl-Üdeyd" aviabazasından personalın bir hissəsini təxliyə etmək əmri verib.
Böyük Britaniya da eyni şəkildə Qətərdəki bazadan hərbçilərinin bir hissəsini çıxarmaq qərarına gəlib.
Bu addımlar İranda etirazçıların kütləvi şəkildə öldürülməsi və Donald Trampın Tehrana qarşı "çox sərt addımlar" (hərbi zərbələr daxil olmaqla) atacağı barədə xəbərdarlıqlarından sonra atılıb.

Alpər
--> -->