Problemlərlə əhatə olunmuş Ukrayna prezidenti Volodimir Zelenski elə bir təzyiqlə üz-üzədir ki, bu, onun üçün dözülməz hala gələ bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The American Conservative” nəşri məlumat yayıb.
Məqalə müəllifinin fikrincə, Zelenski ölkə daxilində mövqelərinin zəifləməsi, ABŞ prezidenti Donald Tramp tərəfindən artan təzyiq və ABŞ–İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən Ukraynaya marağın azalması kimi ciddi problemlərlə qarşılaşır. Belə ki, Yaxın Şərqdəki münaqişə diqqəti, xüsusilə də silah və hava hücumundan müdafiə vasitələrini Ukraynadan yayındırıb. Ukraynaya göndərilməsi planlaşdırılan zenit raketləri Yaxın Şərq səmasında istifadə olunur.
21 martda Britaniyanın "Spectator” jurnalı Ukraynada aparılan sorğunun nəticələrinin dərcindən sonra Zelenskinin mövqelərinin zəiflədiyini bildirib. Sorğu nəticələri cəmiyyətin bir hissəsinin onun ərazi məsələsinə yanaşması ilə razılaşmadığını göstərib.
Aydın
Şərhlər