Xəbər lenti

İTV-nin baş direktor seçkisinin tarixi açıqlandı
Ölkə 13:00 15.04.2026

İTV-nin baş direktor seçkisinin tarixi açıqlandı

İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin mayın sonunda keçiriləcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İctimai Televiziyanın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, baş direktor yalnız seçkinin nəticəsində müəyyən olunacaq.

Qeyd edək ki, hazırda İTV-nin baş direktoru Balaş Qasımovdur.
--> -->