Xəbər lenti

İran ilk dəfə öz PUA-larının “yeraltı şəhəri”ni təqdim etdi (VİDEO)
Dünya 14:34 25.08.2022

İran ilk dəfə öz PUA-larının “yeraltı şəhəri”ni təqdim etdi (VİDEO)

İran ordusunun pilotsuz təyyarə təliminin ikinci günü ərəfəsində bu yeraltı tuneldə İran İslam Respublikasının pilotsuz təyyarələrinin "yeraltı şəhəri”nin görüntüləri və "Kaman 12” pilotsuz təyyarəsinin hərəkəti nümayiş etdirilib.

Qaynarinfo bu barədə Azadlıq Radiosunun Fars bölməsinə istinadən xəbər verir.

Məlumata görə, ilk dəfədir ki, dron tunelindən bu cür görüntülər rəsmi olaraq mediaya təqdim olunur.

Eyni zamanda, İranın xəbər agentlikləri avqustun 25-i cümə axşamı günü yazıb ki, ordunun 2022-ci il birgə pilotsuz uçuş aparatları təliminin ikinci günündə bu hərbi qüvvələrin "döyüş, məhvetmə və müşahidə” pilotsuz təyyarələri missiyanı yerinə yetirmək üçün uçub və "düşmən”in "həssas və vacib” nöqtələri silahla hədəfə alınıb.

Təlimin sözçüsü general Mahmud Musəvinin sözlərinə görə, ikinci gün müxtəlif pilotsuz uçuş aparatları "düşmən komandanlıq və idarəetmə mərkəzlərinin, yanacaq çənlərinin, sursat anbarları, radarlar və silahların imitasiya edilmiş hədəflərini əhatə edən əməliyyatlər hayata keçirilib.

General Musəvi bildirib ki, bu mərhələdə "Kaman”, "Mohajer” və "Əbabil” pilotsuz uçan aparatlardan istifadə olunub.

Onun sözlərinə görə, "atəş gücünün artırılması, pilotsuz təyyarələrin əməliyyat məsafəsi, həmçinin dəqiq silahlardan istifadə... ordunun həyata keçirdiyi planlar sırasındadır”.

Vurğulanır ki, ordunun 2022-ci il üçün iki günlük birgə pilotsuz təyyarə təlimi çərşənbə səhəri başlayıb və təlimdə 150-dən çox pilotsuz təyyarə iştirak edib.

Təlimin əhatə dairəsi də Fars körfəzi və Oman dənizindən cənubda İranın şərq, qərb, şimal və mərkəzi bölgələrinə qədər açıqlanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->