Xəbər lenti

Ekonomiks 13:10 25.10.2024

"İpək Yolu Sığorta"nın biznes itkiləri 10 milyon manatı ötüb

"İpək Yolu Sığorta" şirkətinin yığımları 2024-cü ilin ilk doqquz ayında azalmaqda davam edib.  

Valyuta.az xəbər verir ki, sığorta şirkəti bu ilin yanvar-sentyabr aylarında cəmi 5,26 milyon manat yığım əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 3 dəfə və ya 10,3 milyon manat azdır. 2023-ci ilin ilk doqquz ayında şirkət 15,5 milyon manat sığorta haqqı toplaya bilmişdi. 

"İpək Yolu Sığorta"nın ödənişləri isə bu ilin üçüncü rübündə 48 % artaraq 247 min manata yüksəlib. Ötən ilin eyni dövründə bu rəqəm 167 min manat təşkil edib. 

Şirkətin yığımlarının azalması fonunda ödənişlərinin artması onun zərərliliyinə nisbətən mənfi təsir edib.  

Sığorta şirkətinin zərərliliyi son bir ildə 1,1 %-dən 5 %-ə qədər yüksəlib. Yəni, şirkət ötən ilin birinci rübündə topladığı sığorta haqqının hər 100 manatından 1,1 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 5 manata kimi artıb. 

Xatırladaq ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i "ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->