Xəbər lenti

Bələdiyyə torpağında pambıq əkən fermer elektron qolbaqda gəzəcək
Ekonomiks 14:53 25.10.2024

Bələdiyyə torpağında pambıq əkən fermer elektron qolbaqda gəzəcək

Ağdaş rayonunda bələdiyyə məxsus örüş torpağı şumlatdırıb pambıq əkdirən fermer həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə rayonun Ağdaş rayonu, Qaradeyin kəndində baş verib. 

Fəxrəddin adlı fermer pay torpaq sahəsi olmadığı üçün Əmlak Məsələləri Dövlət Xidmətinin aktda qeyd etdiyi örüş torpaq sahəsini zəbt edib, əkin əkmək qərarına gəlib. Belə ki, Fəxrəddinin özü və ailəsinin adına 1,34 hektar pay torpağı olsa da, yalnız 0,35 hektarının kordinatı mövcud olub. Qalan pay torpaq sahəsinin harada yerləşməsi ilə bağlı dəfələrlə şifahi qaydada aidiyyatı qurumlara müraciət edilsə də, dəqiq olaraq harada yerləşdiyi bu günə qədər bəlli deyil. 

Fermer Ağdaş rayonu, Qaradeyin kəndində pay torpaq sahəsi olmadığı üçün bələdiyyə məxsus 3.04 ha örüş sahəsini zəbt edib, əkin işləri görmək qərarına gəlib. Həmin ərazini şumlatdıraraq pambıq əkdirib. 

Bələdiyyə sədrinin şikayəti əsasında Fəxrəddin saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə barəsində cinayət işi açılıb. 

Məhkəmənin qərarı ilə fermerə 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, bu müddətdə rayon ərazinisi tərk etməmək şərti ilə elektron qolbaqda gəzəcək. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->