Xəbər lenti

İmişlidə hamilə qadın xəstəxanada öldü
Ölkə 10:27 10.11.2025

İmişlidə hamilə qadın xəstəxanada öldü

İmişlidə hamilə qadın xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib.

Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->