Şimali Koreya denuklearizasiya imkanına dair qəti mövqeyini bildirib və ölkənin nüvə statusunun "geridönməz" olduğunu vurğulayıb.
Qaynarinfo "Reuters”ə istinadla xəbər verir ki, bu barədə BMT-dəki Şimali Koreya nümayəndəliyinin bəyanatında deyilir.
"Beynəlxalq qanunla təsbit olunmuş Koreya Xalq Demokratik Respublikasının nüvə silahına sahib dövlət kimi mövqeyi artıq dövlətin ali və əsas qanununda əbədi olaraq təsbit olunub və bu, geridönməz xarakter daşıyır", deyə bəyanatda qeyd olunub.
Eyni zamanda Şimali Koreya ABŞ-ın denuklearizasiyaya can atmasını "ölkənin daxili işlərinə müdaxilə edən təxribatçı akt" adlandırıb və nüvə silahlarını ABŞ-ın nüvə təhdidlərindən müdafiə üçün "qaçılmaz seçim" kimi təqdim edib.
Bundan əvvəl "Bloomberg” yazmışdı ki, Şimali Koreya Çin sərhədlərinə yaxın gizli raket bazası inşa edib. Orada Şimali Koreya lideri Kim Çen Inın ən müasir strateji silahları yerləşdirilib. Bildirilir ki, həmin raketlər Şərqi Asiya və ABŞ-ın materik hissəsi üçün potensial nüvə təhlükəsi yaradır.
Həmçinin məlum olub ki, Rusiya Şimali Koreya daha çox silah ötürməyə başlayıb. Ukrayna Xarici Kəşfiyyat Xidmətinin (SVR) məlumatına görə, Şimali Koreya raketlərlə yanaşı MiQ-29 və Su-27 qırıcı təyyarələri də alır.
Alpər
Şərhlər