Xəbər lenti

İlon Maskın gizli planı: 5 min uşaqdan ibarət
Dünya 13:23 28.04.2025

İlon Maskın gizli planı: 5 min uşaqdan ibarət "legion" qurmaq istəyir

"Tesla"nın baş direktoru və ABŞ Dövlət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskdan uşağı olacağını açıqlayan Eşli Sent Kler iş adamının "5 min uşaq sahibi olmağı hədəflədiyini" iddia edib. 

Qaynarinfo-nun məlumatına görə, Sent Kler bildirib ki, Mask qiyamətin çox yaxın olduğuna inandığı üçün ağıllı insanların daha çox uşaq dünyaya gətirməli olduğuna inanır və "legion" yaradacaq qədər çox uşaq sahibi olmağa çalışır.

Dünyanın ən varlı iş adamı İlon Maskın şəxsi həyatı ilə bağlı yeni iddialar gündəmə gəlib. Bildirilib ki, Maskın ən azı dörd fərqli qadından 14 uşağı var və bu sayı artırmaq üçün ağıllı və mühafizəkar gənc qadınlardan ibarət bir "hərəm" qurub. Maskın qızı Vivian neçə ögey bacı-qardaşı olduğunu bilmədiyini qeyd edib və atasının süni mayalanma üsulu ilə demək olar ki, bütün körpələrin oğlan olmasını təmin etdiyini iddia edib.



Maskın uşaqlarına verdiyi adlar da diqqət çəkib. Onun X AE A-Xii, Exa Dark Siderael və Tau Techno Mechanicus kimi qeyri-adi adlara sahib uşaqları var. Fevral ayında mühafizəkar yazar Eşli Sent Kler Maskdan Romulus adını verməyə qərar verdikləri bir uşaqları olacağını açıqlayıb.

Məhkəmə qərarı ilə aparılan DNT testi Maskın uşağın atası olma ehtimalını 99,9999 faiz olaraq müəyyən edib.

"The Wall Street Journal"a danışan Sent Kler Maskın uşaqlarının anaları ilə gizlilik müqaviləsi bağladığını və ona 11,3 milyon funt-sterlinq təklif etdiyini bildirib.

"Daily Mail"in xəbərinə görə, Mask "sivilizasiyanın çökməsindən" qorxduğu üçün "yüksək zəkaya sahib insanların daha çox uşaq dünyaya gətirməsi" lazım olduğuna inanır və bu səbəbdən 5000 uşaq sahibi olmağı hədəfləyir. Sent Kler isə Maskın "qiyamət baş verməzdən əvvəl legion səviyyəsinə çatmaq istədiyini" qeyd edib.



Xəbərdə Maskın Mars kolonizasiya layihəsinin də bu qorxularla əlaqəli olduğu iddia edilib. Sent Kler Maskın 2023-cü ildə yapon rəsmilərinin tələbi ilə sperm bağışladığını da bildirib.

İlon Maskın qızı Vivian isə atasının ictimaiyyətin bilmədiyi daha çox uşağı olduğunu deyib. 20 yaşlı Vivian neçə bacı-qardaşı olduğunu bilmədiyini vurğulayıb və Maskın uşaqların oğlan olması üçün süni mayalanma kimi üsullardan istifadə etdiyini qeyd edib.

Amerikalı texnologiya milyarderi Maskın siyasi karyerası da mübahisələrə səbəb olub. Trampın 2024 kampaniyasına 287 milyon dollardan çox ianə edən Mask DOGE-dəki vəzifəsindən çəkiləcəyini açıqlayıb.



İddiaya görə, Mask Ağ Evdə ABŞ xəzinə naziri Skott Bessentlə mübahisə edib və başqalarının müdaxiləsi nəticəsində insident fiziki toqquşmadan yayındırılıb.

Mask vəzifəyə başlayarkən federal büdcədən 2 trilyon dollar azalma vəd etsə də, bu vəd hələlik reallaşmayıb. Fevral ayından bəri federal büdcədə müəyyən qənaətlər edilsə də, əldə olunan göstəricilər ilin sonuna qədər 2 trilyon dollarlıq qənaət hədəfinə çatılmayacağını göstərir.

Maskın siyasi fəaliyyətindəki qalmaqallar iş həyatına da təsir edib. "Tesla"nın avtomobil satışları 20 faiz, gəlirləri isə 71 faiz azalıb. Analitiklər bu azalmanın Maskın siyasi mövqeyi ilə bağlı olduğunu bildiriblər. Mask isə tənqidlərə cavab olaraq sərmayəçilərə "Bu günlərdə darıxmağa vaxt yoxdur" deyə zarafat edib.



Maskın siyasi fəaliyyəti Avropaya da yayılıb. O, Britaniyada həbsdə olan ifrat sağçı Tommi Robinsonı dəstəklədiyi və Almaniyada miqrant əleyhinə AfD partiyasına yaxın olduğu üçün tənqid olunub.

Siyasət mütəxəssisləri Maskın artıq "idarəetmədə ölü yük" olduğunu və yalnız antipatiya topladığını vurğulayıblar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->