Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri kimi müəyyən edilib. Gələn il 22 və 23 mar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günləri olacaq. Beləliklə, gələn il Novruz bayramında ardıcıl 7 gün -20, 21, 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləri olacaq.
2025-ci il martın 30 və 31-i Ramazan bayramı günləri müəyyən edilib. Gələn il 30 mart bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 1 aprel qeyri-iş günü olacaq. Beləliklə, gələn il Ramazan bayramında ardıcıl 3 gün - 30 və 31 mart və 1 aprel qeyri-iş günləri olacaq.
İyunun 6-7-si isə Qurban bayramı günləri müəyyən edilib.
Şərhlər