Xəbər lenti

Maqazin 21:49 11.09.2024

"Game of Thrones"un ulduzu məşhur musiqiçidən boşandı

"Game of Thrones" serialında Sansa Stark obrazını canlandıran məşhur britaniyalı aktrisa Sofi Törner əri - amerikalı musiqiçi, DNCE qrupunun üzvü Co Conas ilə rəsmən boşanıb.

Qaynarinfo TMZ-ə istinadən xəbər verir ki, cütlük bir il əvvəl ayrılsa da, bu müddət ərzində keçmiş həyat yoldaşları məhkəmə işlərinə cəlb edilib. 

Törner və Conasın iki övladı var, ona görə də onlar qəyyumluq məsələləri ilə məşğul olmalı idi. Sonda məşhurlar razılığa gələrək boşanma prosesini yekunlaşdırıblar. Vəkillər onlara əmlakın və uşaqların qəyyumluğunun ədalətli şəkildə bölüşdürülməsində kömək edib.

Lakin aktrisa ilə musiqiçinin hansı şəraitdə boşandığı məlum deyil. Onlar müqaviləni məxfi saxlamaq qərarına gəliblər.

Yeri gəlmişkən, Sofi və Co 2016-cı ildə münasibətə başlayıblar. Bir il ərzində onlar nişanlandıqlarını elan edib və 2019-cu ildə evlənmək qərarına gəliblər. Cütlüyün iki qızı doğulub.
 


Onların evliliyi uzun sürməyib və artıq 2023-cü ildə ulduzlar münasibətdə olmadıqlarını açıqlayıblar. Boşanmanın təşəbbüskarı sənətçi olub. Səbəb sevgililər arasındakı anlaşılmazlıqdır.

Törner və Conas demək olar ki, dərhal başqaları ilə münasibətə başlayıb. Aktrisa britaniyalı aristokrat Pereqrin Pirsonla, musiqiçi isə aktrisa Laila Abdalla ilə münasibətdədir.

Xatırladaq ki, bir müddət əvvəl Sofi Törner keçmiş ərini uşaqları oğurlamaqda ittiham etmişdi. O

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->