Xəbər lenti

Ev tikmək üçün payız-qış mövsümündə torpaq almaq daha sərfəlidir (VİDEO)
Video 22:02 12.10.2025

Ev tikmək üçün payız-qış mövsümündə torpaq almaq daha sərfəlidir (VİDEO)

Hər il payız-qış mövsümündə torpaq bazarında durğunluq müşahidə olunur. Bu da paralel olaraq qiymətlərə təsir göstərir.

Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspertlər bunu əsasən hava şəraitinin tikintinin keyfiyyətinə təsiri ilə əlaqələndirirlər. Belə ki, payız və qış aylarında yağan yağış və qar səbəbindən tikinti işləri çətinləşir, nəticədə, torpağa olan tələbat azalır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mövsümi enmə bazar qanunauyğunluğudur. Onun sözlərinə görə, alıcılar daha çox yaz və yay aylarında aktivləşirlər. Lakin fərdi yaşayış evi tikmək istəyənlər üçün payız və qış aylarında torpaq almaq daha sərfəlidir.

"Bu dövrdə torpaq alqı-satqısı zəifləyir, nəticədə, qiymətlərdə müəyyən enmə müşahidə olunur", - deyə ekspert qeyd edib.

Mütəxəssislər hesab edirlər ki, torpağı məhz payız-qış mövsümündə alıb, yaz-yay aylarında tikintiyə başlamaq ən ideal üsuldur.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->